Yuxarı

Zakir Həsənov Bəhreyn Krallığına rəsmi səfərə gedib

Səfər dekabrın 27-dək davam edəcək

Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində Bəhreyn Kralı, Müdafiə Qüvvələrinin Ali Baş Komandanı Əlahəzrət Şeyx Həməd bin İsa Əl Xəlifə, Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd Əl Xəlifə ilə görüşlərin keçirilməsi, Bəhreyn Hərbi Hava və Hərbi Dəniz Qüvvələri Komandanlıqlarının, hərbi tibb müəssisələrinin ziyarət edilməsi, o cümlədən İkitərəfli Əməkdaşlıq Planının imzalanması nəzərdə tutulub.

Səfər dekabrın 27-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi