Zakir Həsənov Bəhreyn Krallığına rəsmi səfərə gedib

Zakir Həsənov Bəhreyn Krallığına rəsmi səfərə gedib Səfər dekabrın 27-dək davam edəcək
Hərbi
25 Dekabr , 2014 12:04
Zakir Həsənov Bəhreyn Krallığına rəsmi səfərə gedib

Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində Bəhreyn Kralı, Müdafiə Qüvvələrinin Ali Baş Komandanı Əlahəzrət Şeyx Həməd bin İsa Əl Xəlifə, Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd Əl Xəlifə ilə görüşlərin keçirilməsi, Bəhreyn Hərbi Hava və Hərbi Dəniz Qüvvələri Komandanlıqlarının, hərbi tibb müəssisələrinin ziyarət edilməsi, o cümlədən İkitərəfli Əməkdaşlıq Planının imzalanması nəzərdə tutulub.

Səfər dekabrın 27-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi