Zakir Həsənov: "Azərbaycan Əfqanıstandakı hərbi kontingentinin sayını 30 faiz artırıb"

Zakir Həsənov: "Azərbaycan Əfqanıstandakı hərbi kontingentinin sayını 30 faiz artırıb" Əfqanıstan İslam Respublikasında həyata keçirilən Qətiyyətli Dəstək missiyasının bu ölkənin təhlükəsizliyi və davamlı inkişafı, o cümlədən regional və qlobal təhlükəsizlik üçün əhəmiyyətini bilərək biz 2018-ci ildən etibarən Əfqanıstandakı hərbi kontingentimizin sayını 30 faiz artırmışıq.
Hərbi
3 May , 2019 10:06
Zakir Həsənov: Azərbaycan Əfqanıstandakı hərbi kontingentinin sayını 30 faiz artırıb

"Əfqanıstan İslam Respublikasında həyata keçirilən Qətiyyətli Dəstək missiyasının bu ölkənin təhlükəsizliyi və davamlı inkişafı, o cümlədən regional və qlobal təhlükəsizlik üçün əhəmiyyətini bilərək biz 2018-ci ildən etibarən Əfqanıstandakı hərbi kontingentimizin sayını 30 faiz artırmışıq".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib. 

"Göstərilən hərbi dəstəyə əlavə olaraq Azərbaycanın Əfqanıstana töhfəsi siyasi, maddi-texniki dəstək, quru-hava tranziti, həmçinin müxtəlif treninqlər, minadan təmizləmə və maliyyə dəstəyi kimi digər qeyri-hərbi yardımları da ehtiva edir", -deyə Müdafiə naziri əlavə edib. 

Son xəbərlər

Orphus sistemi