Yuxarı

​Azərbaycan Türkiyədən yeni hərbi helikopter almaq istəyir

Bu istiqamətdə danışıqların başladığı bildirilir

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Türkiyədə istehsal olunan "T-129 ATAK" markalı hərbi helikopterini almaq istəyir.

"Report"un xəbərinə görə, məlumatı Türkiyə KİV-ləri yayıb.

Ümumilikdə, 4 ölkə - Azərbaycan, Pakistan, İordaniya və Bəhreyn bu helikopterdən almaq niyyətindədir. Bəhreyn Hava Qüvvələri Planlaşdırma qurumunun müdiri polkovnik Salah əl-Məncur bu istiqamətdə danışıqların başladığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi