​Azərbaycan Türkiyədən yeni hərbi helikopter almaq istəyir

​Azərbaycan Türkiyədən yeni hərbi helikopter almaq istəyir Bu istiqamətdə danışıqların başladığı bildirilir
Hərbi
26 Yanvar , 2015 10:26
​Azərbaycan Türkiyədən yeni hərbi helikopter almaq istəyir

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Türkiyədə istehsal olunan "T-129 ATAK" markalı hərbi helikopterini almaq istəyir.

"Report"un xəbərinə görə, məlumatı Türkiyə KİV-ləri yayıb.

Ümumilikdə, 4 ölkə - Azərbaycan, Pakistan, İordaniya və Bəhreyn bu helikopterdən almaq niyyətindədir. Bəhreyn Hava Qüvvələri Planlaşdırma qurumunun müdiri polkovnik Salah əl-Məncur bu istiqamətdə danışıqların başladığını bildirib.

Son xəbərlər

Orphus sistemi