Yuxarı
    Bağlamaq

    Yavər Camalov: "Zərbə" pilotsuz uçuş aparatı Ermənistan ordusunun ölüm kabusuna çevrilib"

    Yüzlərlə pilotsuz uçuş aparatı sifariş verilib

    Bakı. 27 sentyabr. REPORT.AZ/ "Pilotsuz uçuş aparatı olan "Zərbə" Ermənistan ordusunun ölüm kabusuna çevrilib".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib.

    Yüzlərlə pilotsuz uçuş aparatının sifariş verildiyini deyən nazirin sözlərinə görə, bu günlərdə Müdafiə Nazirliyi ilə müvafiq müqavilə imzalanacaq.

    Y.Camalov onu da qeyd edib ki, hazırda 125 məmulatın üzərində təcrübə-konstruktor işləri aparılır: "Prioritet layihələrdən hava-yer, hava-hava, yer-yer raketlərinin üzərində iş gedir. Bundan başqa, dünyanın bir neçə aparıcı şirkəti var ki, onlarla da danışıqlar aparılır. 280 km məsafədən ballistik raketlərin texnologiyasının Azərbaycana gətirilməsi istiqamətində də işlər həyata keçirilir".

    O, eyni zamanda Ermənistanda keçirilən parad barədə də danışıb. Nazir Ermənistanın müstəqil dövlət olmadığından onun keçirdiyi paradı parad adlandırmayıb: "Rusiyanın Ermənistana verdiyi "İskəndər M" raketi 280 km məsafədən vurur. Onlar da istifadə müddətini başa vurmuş ballistik raketlərdir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi