Yuxarı
    Bağlamaq

    Yavər Camalov Meksika səfiri ilə görüşüb

    Tərəflər müdafiə sənayesi sahəsində mümkün təcrübə mübadiləsi haqqında danışıblar

    Bakı. 7 fevral. REPORT.AZ/ Meksika səfiri Rodriqo Labardini müdafiə sənayesi naziri Yavər Camalovla görüşüb.

    Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər, əməkdaşlığın genişlənməsində hər iki ölkə səfirliklərin oynadığı rol və müxtəlif sahələrdə əlaqələrdən danışılıb.

    Tərəflər müdafiə sənayesi sahəsində mümkün təcrübə mübadiləsi, həmçinin, Meksika və Azərbaycanın təşkil etdiyi müvafiq beynəlxalq sərgilərdə iştirakdan söz açıblar.

    Nazir Azərbaycan ilə Meksika arasındakı müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və bu əlaqələrin daha da inkişaf edəcəyini əmin olduğunu vurğulayıb.

    Səfir Labardini hazırda dünyanın 14-cü iqtisadiyyatı olan Meksikada elektron sənayesinin inkişafını qeyd edib.

    Görüşün sonunda tərəflər əməkdaşlığın qurulması və inkişaf etməsində maraqlı olduqlarını ifadə ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi