Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar

Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar 14 dövləti təmsil edən hərbi attaşelik aparatının 17 nümayəndəsinin sualları cavablandırılıb
Hərbi
2 Mart , 2017 16:41
Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, 14 dövləti təmsil edən hərbi attaşelik aparatının 17 nümayəndəsi tədris prosesi ilə tanış olub, məktəb haqqında brifinq dinləyib və onları maraqlandıran suallar cavablandırılıb.

Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi