Yuxarı

Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları müəyyən edilib

Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları müəyyən edilib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları”ni təsdiq edib.

“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarda bildirildiyinə görə, Xarici Kəşfiyyat Xidmətinə tapşırılsın ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari ilin dekabr ayının 31-i vəziyyətinə dair hesabatı növbəti ilin fevral ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.

Müəyyən edilsin ki, bu qərarın icrası ilə bağlı maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi