Türkiyə Quru Qoşunları komandanının Azərbaycana səfəri başlayıb

Türkiyə Quru Qoşunları komandanının Azərbaycana səfəri başlayıb Salih Zəki Çolak Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
Hərbi
17 Noyabr , 2015 10:44
Türkiyə Quru Qoşunları komandanının Azərbaycana səfəri başlayıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Salih Zəki Çolakın Azərbaycana səfəri başlayıb.

"Report" xəbər verir ki, S.F.Çolak əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edib.

Quru Qoşunları komandanı Türk Şəhidliyini və Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub.

Qeyd edək ki, səfər zamanı S.F.Çolak Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi, eləcə də digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək. Bundan əlavə, o, bir neçə hərbi hissəyə də baş çəkəcək.

Səfər noyabrın 20-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi