Türkiyə HDQ-nin nümayəndə heyəti Heydər Əliyev adına Ali Hərbi Məktəbdə olub

Türkiyə HDQ-nin nümayəndə heyəti Heydər Əliyev adına Ali Hərbi Məktəbdə olub Ziyarət zamanı ali hərbi məktəbin komandanlığı ilə görüş keçirilib
Hərbi
13 Aprel , 2017 12:45
Türkiyə HDQ-nin nümayəndə heyəti Heydər Əliyev adına Ali Hərbi Məktəbdə olub
Mod.gov.az

Bakı. 13 aprel. REPORT.AZ/ Türkiyənin Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ziyarət zamanı ali hərbi məktəbin komandanlığı ilə görüş keçirilib. Görüşdə məktəbin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətlərinə dair ətraflı brifinq təqdim edilib.
Nümayəndə heyəti ali hərbi təhsil müəssisəsinin hərbi dəniz fakültəsindəki tədris vəsaiti, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqla da yaxından tanış olub.

Son xəbərlər

Orphus sistemi