Yuxarı

“Türk Ulduzları” Bakı səmasında nümunəvi uçuşlar keçirib

“Türk Ulduzları” Bakı səmasında nümunəvi uçuşlar keçirib

Bakı. 26 iyun. REPORT.AZ/ Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupuna daxil olan təyyarələr Bakı buxtası üzərində nümunəvi uçuşları keçirib.

"Report"un xəbərinə görə, nümunəvi uçuşlarda “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələri iştirak edib.

Xatırladaq ki, Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupuna daxil olan 8 ədəd F-5 tipli təyyarələri Azərbaycana gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi