Yuxarı

“TURAZ Şahini - 2018” birgə təlimləri davam edir - VİDEO

“TURAZ Şahini - 2018” birgə təlimləri davam edir - VİDEO

Bakı. 10 sentyabr. REPORT.AZ/ “TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.

Azərbaycan Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyəti, döyüş uzlaşması imkanlarının öyrənilməsi, havadan zərbələr endirməklə şərti düşmənin yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi