“TurAz Qartalı - 2017” təlimlərində iştirak edəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib - VİDEO

“TurAz Qartalı - 2017” təlimlərində iştirak edəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib - VİDEO Təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması tədbirləri həyata keçirilir
Hərbi
14 Sentyabr , 2017 17:54
“TurAz Qartalı - 2017” təlimlərində iştirak edəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib - VİDEO
Mod.gov.az

Bakı. 14 sentyabr. REPORT.AZ/ “TurAz Qartalı - 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, sentyabrın 18-dən 30-dək ölkəmizdə keçiriləcək təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi