Tbilisidə Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü olub

Tbilisidə Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü olub Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib
Hərbi
16 Oktyabr , 2017 14:41
Tbilisidə Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü olub
Mod.gov.az

Tbilisi. 16 oktyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstanın mudafiə naziri Levan İzoria tərəfindən qəbul edilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, görüşdə Cənubi Qafqazda və dunyada baş verən proseslər, regional hərbi əməkdaşlığın perspektivləri, regional təhlukəsizlik, dövlətlərin ərazi butövlüyu və suverenliyi, hərbi tədris, təlim proseslərində birgə iştirak, Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

L.İzoria azərbaycanlı həmkarını yenidən Gürcüstanda salamlamaqdan məmnun olduğunu deyərək bildirib ki, gürcü xalqı ağır və çətin vaxtlarda qardaş Azərbaycanın göstərdiyi yardımları heç vaxt unutmur: "Bu yaxınlarda Barjomidə baş vermiş yanğınların söndürülməsində də Azərbaycan bizə çox böyük köməklik edib. Mən azərbaycanlı xilasedicilərin necə fədakarlıq göstərdiklərinin şahidi oldum. Bu köməkliyə görə Azərbaycan tərəfinə bir daha təşəkkürümü bildirirəm".

Sonra nazir iki olkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdiyini və bunun digər ölkələr üçün nümunə olduğunu vurğulayıb.

Z.Həsənov səmimi qəbula və xoş sözlərə görə minnətdarlıq edərək bildirib ki, Azərbaycan xalqı və dövləti daim dost və qardaş gürcü xalqına köməklik göstərməyə hazırdır: "Bu gün biz regionda bütün sahələrdə, eləcə də hərbi sahədə səmərəli əməkdaşlıq edirik. Bu əməkdaşlıq regionda və dünyada sülhün möhkəmlənməsinə xidmət edir".

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib. 

Son xəbərlər

Orphus sistemi