“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib

“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib Müsabiqədə bu il 23 ölkədən tank heyətləri iştirak edir
Hərbi
24 İyul , 2018 10:33
“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Püşkatmada komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları iyulun 28-da yarışların ilk günündə çıxış edəcəklər. Komandamız Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə yarışacaq.

Müsabiqədə bu il 23 ölkədən tank heyətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi