Yuxarı

SIPRI: Azərbaycan Avropanın ən böyük silah idxalçısıdır

Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu (SIPRI) dünya silah ticarət barədə növbəti hesabatını dərc edib

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan Avropanın ən böyük silah idxalçısıdır. "Report" xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu (SIPRI) bü gün açıqladığı dünya silah ticarəti barədə növbəti hesabatında məlumat verilir.

Hesabatda qeyd olunur ki, 2011-2015-ci illərdə Avropaya silah idxalı əvvəlki 5 illiklə (2006-2010) müqayisədə 41% azalıb ki, bu da əsasən Yunanıstan və İspaniyada baş verən iqtisadi proseslərlə bağlı olub. Bununla belə, Azərbaycan Avropa ölkələri arasında ən böyük silah idxalçısı olaraq qalır. Əvvəlki 5 illiklə müqayisədə 2011-2015-ci illərdə Azərbaycanın silah tədarükü 217% artıb.

Avropanın ən böyük ikinci silah idxalçısı isə əvvəl olduğu kimi Böyük Britaniyadır.

Ən böyük silah ixracatçılarına gəlincə, burada ABŞ və Rusiya liderliyini qoruyur.

2004-cü ildən etibarən silah ticarətinin həcmi daim artıb və 2011-2015-ci illərdə ötən beş illik müddətlə müqayisədə 14%-lik artım müşahidə edilib. 2011-2015-ci illərdə ən böyük ixracatçı ölkələr ABŞ, Rusiya, Çin, Fransa və Almaniya olub. Bu ölkələrin ümumi silah satışındakı payı 74% təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi