Azərbaycan ​Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun iclasında iştirak edəcək

Azərbaycan ​Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun iclasında iştirak edəcək Görüşdə hərbi əməkdaşlıq məsələləri, Əfqanıstandakı siyasi və təhlükəsizlik vəziyyəti, əməliyyat şəraitindəki dəyişikliklər müzakirə olunacaq
Hərbi
19 Yanvar , 2016 10:37
Azərbaycan ​Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun iclasında iştirak edəcək

Bakı. 19 yanvar. REPORT.AZ/ Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli Dəstək" missiyasına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə yola düşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, görüşdə hərbi əməkdaşlıq məsələləri, Əfqanıstandakı siyasi və təhlükəsizlik vəziyyəti, əməliyyat şəraitindəki dəyişikliklər, onların Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi