Yuxarı

Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçirilir

Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən Açıq qapı günündə valideynlərlə görüşlər təşkil olunub

Bakı. 20 mart. REPORT.AZ/ Bu gün saat 10.00-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçirilir.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyiinin mətbuat xidmətindən məlumat verilib.

Gün ərzində ziyarətçilərə, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələrinə hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək üçün şərait yaradılacaq.

Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcəkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi