Sərhədçilər ”Heydər Əliyev zirvəsi”nə yürüş ediblər

Sərhədçilər ”Heydər Əliyev zirvəsi”nə yürüş ediblər Bakı. 13 iyun. REPORT.AZ/ “15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 25 illik yubileyi ərəfəsində xidmətdə fərqlənən bir qrup sər­hədçinin Böyük Qafqaz sıra dağ­larının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr hündür­lükdə yerləşən ”Heydər Əliyev zirvəsi”nə və Ağstafa rayonunun Keşikçi dağ ərazisində yerləşən “İlham Əliyev zirvəsi”nə Dövlət Sərhəd Xidməti tərəfindən ənənəvi yürüşləri təşkil olunub.
Hərbi
13 İyun , 2018 12:25
Sərhədçilər ”Heydər Əliyev zirvəsi”nə yürüş ediblər
dsx.gov.az
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ “15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 25 illik yubileyi ərəfəsində xidmətdə fərqlənən bir qrup sər­hədçinin Böyük Qafqaz sıra dağ­larının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr hündür­lükdə yerləşən ”Heydər Əliyev zirvəsi”nə və Ağstafa rayonunun Keşikçi dağ ərazisində yerləşən “İlham Əliyev zirvəsi”nə Dövlət Sərhəd Xidməti tərəfindən ənənəvi yürüşləri təşkil olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, Xudat sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından və Şəmkir sərhəd dəstəsinin “Keşikçi dağ” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirak­çıları mürəkkəb relyefə malik olan dağlıq əraziləri fəth edərək təyin olunan zirvələrə qalxaraq orada Azər­bay­canın Dövlət Bayrağını ucaldıb, Dövlət Himnini ifa edib və qayalar üzərinə “Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 25 illik yubileyini tərənnüm edən lövhələr bərkidiblər.

Zirvələrdə nitq ilə çıxış edənlər ümummilli lider Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətlərini və böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Azərbaycan  Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçiril­məsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masını xüsusi olaraq qeyd edərək yaxın zamanlarda dövlə­ti­mizin ərazi bütövlüyünün təmin olunacağına və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi