Yuxarı

​Rusiya hərbi gəmilərinin Azərbaycana səfəri başa çatıb

Səfəri avqustun 13-dən başlayıb

Bakı. 16 Avqust. REPORT.AZ/ Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya, həmçinin “Anatoli Qujvin” kiçik hidroqrafiya gəmilərinin Bakıya rəsmi səfəri başa çatıb.

“Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Rusiya hərbi gəmilərinin Azərbaycana səfəri avqustun 13-dən başlayıb.

Gəmiləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri qarşılayıblar. Nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail Rayon İcra Hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçirib, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi