Yuxarı

Rusiya Azərbaycana yeni hərbi attaşe təyin edib

Rusiya Azərbaycana yeni hərbi attaşe təyin edib

Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən Azərbaycan Ordusunun döyüş qabiliyyətini gücləndirəcək yeni hərbi-texniki layihələr müzakirə olunub.

Tərəflər iki ölkənin Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında işçi görüşlərin təşkili, birgə hərbi təlimlərin keçirilməsi, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlərinin davam etdirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Səfir Rusiyanın Azərbaycanda yeni təyin olunan hərbi attaşesi polkovnik Andrey Aleksensevi general-polkovnik Z.Həsənova təqdim edib.

Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edib və Azərbaycan ilə Rusiya arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində uğurlar arzulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi