Yuxarı

Rəis müavini: "DSX-nın fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi mühüm yer tutur"

Rəis müavini: "DSX-nın fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi mü
© Report / Elchin Murad — DSX rəisinin müavini general-leytenant Azad Ələkbərov

"Dövlət sərhədlərimizin etibarlı mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi mühüm yer tutur və bu istiqamətdə müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir".

"Report" xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Azad Ələkbərov “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Dövlət Sərhəd Xidməti Vətənimizin sərhədlərinin toxunulmazlığını təmin etməklə, ümummilli və ümumdövlət maraqlarına daim sədaqətlə xidmət göstərməklə yanaşı istirahət və təhsil problemlərinə biganə qalmır, ölkəmizdə sosial inkişaf proqramlarının, müxtəlif layihələrin uğurla həyata keçirilməsində iştirak edir.

A.Ələkbərov vurğulayıb ki, “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinin fəaliyyəti Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin diqqət mərkəzindədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi