Qurban bayramı ilə əlaqədar hərbi hissələrdə "Açıq qapı" günü keçirilir

Qurban bayramı ilə əlaqədar hərbi hissələrdə "Açıq qapı" günü keçirilir Əsgər valideynləri və yaxınları ilə görüşlər təşkil olunacaq
Hərbi
11 Sentyabr , 2016 11:46
Qurban bayramı ilə əlaqədar hərbi hissələrdə Açıq qapı günü keçirilir

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün saat 11.00-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı ərəfəsində hərbi hissələrdə "Açıq qapı" günü keçirilir.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkəcəklər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı" günündə əsgər valideynləri və yaxınları ilə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcəkdir.

Müdafiə nazirinin tapşırığına əsasən bayram münasibətilə bütün hərbi hissələrə qurbanlıq heyvanların çatdırılması və kəsilməsi təmin edilib. Bu gün şəxsi heyət üçün bayram süfrələri də təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi