Qazaxda partlamamış minaatan mərmisi tapılıb

Qazaxda partlamamış minaatan mərmisi tapılıb ANAMA: 3479 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib
Hərbi
15 Sentyabr , 2016 22:58
Qazaxda partlamamış minaatan mərmisi tapılıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Qazax rayonunun Kəmərli kəndində partlamamış hərbi sursat aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatında bildirilir.

ANAMA-dan daxil olan məlumata görə, Kəmərli kəndi - 1 ev və həyətyanı sahədə 1 təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (82 mm-lik minaatan mərmi O-832DU) aşkar edilərək götürülmüş, nəticə etibarilə 150 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən 7 Aprel – 15 sentyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 479 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 35 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi