Yuxarı
    Bağlamaq

    Pakistanlı generalın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib

    © Mod.gov.az

    Bakı. 16 aprel. REPORT.AZ/ Pakistan Silahlı Qüvvələrinin briqada generalı Anjum Riazın rəhbərliyi ilə Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bakıya səfərə gəlib.

    Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Nümayəndə heyətinə Milli Müdafiə Universitetində təhsil alan Pakistan Silahlı Qüvvələri və dövlət qurumlarının, o cümlədən Braziliya və Nepal Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri daxildir.

    Səfər çərçivəsində nümayəndə heyəti bir sıra nazirliklər, dövlət xidmətləri, agentlik və universitetlərdə görüşlər keçirəcək. Qonaqlar həmçinin ölkəmizin tarixi və mədəniyyəti, iqtisadi, daxili və xarici siyasəti və digər sahələr barədə ətraflı məlumat əldə edəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi