Pakistan yeni qırıcı təyyarəsini Bakıda təqdim edəcək

Pakistan yeni qırıcı təyyarəsini Bakıda təqdim edəcək "ADEX-2016" sərgisində Pakistanın müdafiə sənayesi nazirinin iştirakı gözlənilir
Hərbi
2 Sentyabr , 2016 12:06
Pakistan yeni qırıcı təyyarəsini Bakıda təqdim edəcək

Bakı. 2 sentyabr. REPORT.AZ/ Pakistanın müdafiə sənayesi naziri Rana Tanvir Hüseyn Azərbaycana səfər etməyi planlaşdırır.

"Report" hərbi sahədəki məlumatlı mənbələrə istinadən xəbər verir ki, nazir Bakıya sentyabrın 27-30 keçiriləcək II Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi sərgisində (ADEX 2016) iştirak etmək üçün gələcək.

Məlumata görə, Bakıdakı sərgidə Pakistan əsas yeni məhsulunu - Çinlə birgə istehsal olunmuş "JF-17 Thunder" qırıcı təyyarəsini təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi