Yuxarı
    Bağlamaq

    Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycana səfərə gələcək

    Səfər zamanı iki ölkə arasında hərbi sahədə əməkdaşlıq perspektivləri müzakirə ediləcək

    Bakı. 19 noyabr. REPORT.AZ/ Pakistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, admiral Məhəmməd Zakaullah Azərbaycana səfərə gələcək.

    Bu barədə "Report"a diplomatik mənbələrdən bildirilib.

    Məlumata əsasən, Pakistan HDQ komandanı Azərbaycana dekabrın əvvəlində və ya ortalarında gələcək. Hazırda onun səfər proqramı müəyyənləşdirilir.

    Səfər zamanı M.Zakaullah bir sıra görüşlər keçirəcək və iki ölkə arasında hərbi sahədə əməkdaşlıq perspektivlərini müzakirə edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi