Yuxarı

Ombudsman hərbi hissələrdə olub

Görüşlər Göygöl, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, o cümlədən ön xətdə yerləşən hərbi hissə və bölmələrdə keçirilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Müdafiə Nazirliyi ilə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə tədbirlər planına əsasən, cəbhəboyu zonada növbəti tədbir keçirilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ombudsman Elmira Süleymanovanın rəhbərliyi ilə aparatın əməkdaşları Göygöl, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, o cümlədən ön xətdə yerləşən hərbi hissə və bölmələrin şəxsi heyəti ilə keçirilən görüşlərdə Müdafiə Nazirliyinin həyata keçirdiyi islahatlar, Azərbaycan ordusunun yüksək döyüş qabiliyyətinə malik olması, hərbi qulluqçuların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, məişət şəraiti və mənəvi-psixoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə fikirlərini diqqətə çatdırıblar.

Şəxsi heyət qarşısındakı çıxışlarda Vətənə, dövlətə sədaqətlə xidmət etmələri, düşmənin istənilən təxribatının qarşısının alınması üçün hər an ayıq-sayıq olmaları hərbi qulluqçulara tövsiyə edilib, eyni zamanda onları maraqlandıran suallar cavablandırılıb.

Təşkil olunan görüşlərdə hərbi xidmətdə və döyüş tapşırığının yerinə yetirilməsində fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi