Yuxarı

Ombudsman Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin bölmələrində olublar

Ombudsman Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin bölmələrində olublar
© Mod.gov.az

Bakı. 24 aprel. REPORT.AZ/ Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilin birgə planına əsasən Ombudsman Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin bölmələrində olublar.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Ombudsman Aparatının nümayəndələri Fəzail Həsənov və Murad Babayev hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyətin suallarını cavablandırıblar.

Aparatın əməkdaşları əsgər yataqxanalarına, yeməkxanalara, tibb məntəqələrinə, məişət və digər inzibati otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyətini, asudə vaxtın səmərəli keçirilməsi üçün yaradılan şəraiti, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi