Ombudsman aparatının nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hospitalda olublar

Ombudsman aparatının nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hospitalda olublar Bakı. 17 fevral. REPORT.AZ/ Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektorun böyük məsləhətçisi Murad Babayev, eləcə də Müdafiə Nazirliyinin nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hospitalda olublar.
Hərbi
17 Fevral , 2018 12:57
Ombudsman aparatının nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hospitalda olublar

Bakı. 17 fevral. REPORT.AZ/ Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektorun böyük məsləhətçisi Murad Babayev, eləcə də Müdafiə Nazirliyinin nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hospitalda olublar.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, qonaqlar hospitalın cərrahiyyə, terapiya, travmatologiya, nevrologiya, poliklinika şöbələrində hərbi qulluqçuların sağlamlıqları üçün yaradılan şəraitlə yaxından tanış olub, müalicə alan əsgər və zabitlərin sağlamlıq durumları, o cümlədən tibbi xidmətlə maraqlanıblar.
Aparat əməkdaşları göstərilən tibbi xidmətin səviyyəsindən və müalicə işinin səmərəli təşkilindən razılıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi