Yuxarı

Nurəddin Canikli: "Azərbaycan və Türkiyə arasında hərbi təlimlər digər qoşun növlərini də əhatə edəcək"

Nurəddin Canikli: "Azərbaycan və Türkiyə arasında hərbi təlimlər digər qoşun növlərini də əhatə edəcək"
Müdafiə naziri: İki ölkənin hərbi strukturlarının əməkdaşlığı gücləndirməsi vacibdir
© Report

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Azərbaycan və Türkiyə arasında hərbi təlimlər davam etdiriləcək və digər növ qoşunları da əhatə edəcək".

"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

Onun sözlərinə görə, bu təlimlərdə geniş spektrli silahlardan istifadə olunacaq.

Eyni zamanda, nazir iki ölkənin hərbi strukturlarının əməkdaşlığının gücləndirməsinin vacibliyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi