Nurəddin Canikli: "Azərbaycan və Türkiyə arasında hərbi təlimlər digər qoşun növlərini də əhatə edəcək"

Nurəddin Canikli: "Azərbaycan və Türkiyə arasında hərbi təlimlər digər qoşun növlərini də əhatə edəcək" Müdafiə naziri: "İki ölkənin hərbi strukturlarının əməkdaşlığı gücləndirməsi vacibdir"
Hərbi
28 Sentyabr , 2017 11:38
Nurəddin Canikli: Azərbaycan və Türkiyə arasında hərbi təlimlər digər qoşun növlərini də əhatə edəcək
Report

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Azərbaycan və Türkiyə arasında hərbi təlimlər davam etdiriləcək və digər növ qoşunları da əhatə edəcək".

"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

Onun sözlərinə görə, bu təlimlərdə geniş spektrli silahlardan istifadə olunacaq.

Eyni zamanda, nazir iki ölkənin hərbi strukturlarının əməkdaşlığının gücləndirməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi