Yuxarı

NATO rəsmisi və hərbi attaşelər Azərbaycan ordusunun kəşfiyyat bölüyünün təlimini izləyib

NATO rəsmisi və hərbi attaşelər Azərbaycan ordusunun kəşfiyyat bölüyünün təlimini izləyib

Bakı. 24 may. REPORT.AZ/ Mayın 24-də Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimində yüksək səviyyəli qonaqlar günü keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, Müdafiə Nazirliyinin general heyəti ilə birgə Şimali Atlantika Alyansının Quru Qoşunları Komandanlığının qərargah rəisi, diviziya generalı Erhan Uzun və ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri təlimi izləyiblər.

Təlim mayın 25-də sona çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi