NATO rəsmisi və hərbi attaşelər Azərbaycan ordusunun kəşfiyyat bölüyünün təlimini izləyib

NATO rəsmisi və hərbi attaşelər Azərbaycan ordusunun kəşfiyyat bölüyünün təlimini izləyib Bakı. 24 may. REPORT.AZ/ Mayın 24-də Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimində yüksək səviyyəli qonaqlar günü keçirilib.
Hərbi
24 May , 2018 18:39
NATO rəsmisi və hərbi attaşelər Azərbaycan ordusunun kəşfiyyat bölüyünün təlimini izləyib

Bakı. 24 may. REPORT.AZ/ Mayın 24-də Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimində yüksək səviyyəli qonaqlar günü keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, Müdafiə Nazirliyinin general heyəti ilə birgə Şimali Atlantika Alyansının Quru Qoşunları Komandanlığının qərargah rəisi, diviziya generalı Erhan Uzun və ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri təlimi izləyiblər.

Təlim mayın 25-də sona çatacaq.

Son xəbərlər

Orphus sistemi