Yuxarı

NATO generalı Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirib

NATO generalı Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirib
NATO nümayəndəsi Azərbaycan sülhməramlıları ilə görüşüb
© Mod.gov.az

Bakı. 1 iyun. REPORT.AZ/ Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi təlimi ilə əlaqədar ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının İzmir şəhərində yerləşən NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Erhan Uzun Azərbaycan sülhməramlıları ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasında Azərbaycanın səylərini xüsusi qeyd edən diviziya generalı E.Uzun Azərbaycanın NATO ilə əməkdaşlığını, beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfəsini və sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığını da yüksək qiymətləndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi