Müdafiə Sənayesi Nazirliyində kollegiya iclası keçirilib

Müdafiə Sənayesi Nazirliyində kollegiya iclası keçirilib İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb
Hərbi
14 Aprel , 2017 15:00
Müdafiə Sənayesi Nazirliyində kollegiya iclası keçirilib

Bakı. 14 aprel. REPORT.AZ/ “Yalquzaq” snayper tüfənginin, xüsusi təyinatlı əl pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, əl qumbaraatanının, müxtəlif millimetrlik avtomatların, F-1 tipli əl qumbarasının, atəş yığımının və s. məmulatların seriyalı istehsalı nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2017-ci ilin birinci rübünün yekunlarına dair kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, hazırda, ötən il yaradılan, sınaqları uğurla başa çatdırılan və təqdimatı keçirildikdən sonra seriyalı istehsalına başlanılan “Zərbə-KM” (təsir gücü artırılmış qəlpəli-fuqaslı) pilotsuz uçuş aparatının yeni növü olan, düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometrlik məsafədən tam müəyyən edən və məhv etmək gücündə olan “Zərbə-KH” (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlərə başlanılıb.

Eyni zamanda, iki istiqaməti - zirehlı texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılmasını bir arada aparan yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başlanılıb.

İclasda o da diqqətə çatdırılıb ki, müdafiə təyinatlı məmulatların istehsalının həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz artıb. Əldə olunan artım ixrac əməliyyatları hesabına təmin edilib. İstehsal olunan məhsulların 87 faizini müdafiə və xüsusi təyinatlı 13 faizini isə mülki təyinatlı məmulatlar təşkil edir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi