Yuxarı
    Bağlamaq

    Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar xətt fəaliyyətə başlayıb

    Qaynar xətt yaralanan hərbi qulluqçuların vəziyyəti barədə operativ məlumat almaq üçün yaradılıb

    Bakı. 7 aprel. REPORT.AZ/ Müdafiə Nazirliyinin (MN) Tibb Baş İdarəsində qaynar xətt fəaliyyətə başlayıb.

    Bu barədə "Report"a Nazirliyin  mətbuat xidmətindən məlumat verilib.

    Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi bildirir ki, son zamanlar cəbhə boyu gedən döyüşlər zamanı şəxsi heyət arasında yaralanan və xəsarət alan hərbi qulluqçulara bütün tibb müəssisələrində lazım olan hər bir tibbi xidmət yüksək səviyyədə göstərilir. Yaralanan hərbi qulluqçuların vəziyyəti barədə operativ məlumat almaq üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında sutka ərzində fəaliyyət göstərən 406-87-41 nömrəli qaynar xətt yaradılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi