Yuxarı

Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib

Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi fəaliyyət planına əsasən, Nazirliyin bütün rəhbər heyətinin iştirakı ilə toplanış keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri və qisimləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlərin iştirak etdiyi toplanışdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.
Toplanışa qatılan heyət Təlim-Tədris Mərkəzində və çöl-səhra şəraitində təşkil olunan təlim nöqtələrində nəzəri və praktiki məşğələlərdə iştirak ediblər.
Şəxsi heyətin fiziki və sıra hazırlığı yoxlanılıb, iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul edilib.
Çöl-səhra şəraitində təşkil olunmuş təlim sahələrində atıcı silahlardan atışlar icra olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi