Yuxarı
    Bağlamaq

    Müdafiə Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

    Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının xoreoqrafiya qrupu Azadlığa gedən yollar kompozisiyalarını təqdim ediblər

    Bakı. 19 yanvar. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər həyata keçirilir.

    “Report”un xəbərinə görə, yanvarın 19-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi, Bakı qarnizonundakı hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətlərinin iştirakı ilə xatirə mərasimi keçirilib.

    Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Azərbaycan xalqının tarixinə qanlı və şanlı səhifə kimi yazılmış 1990-cı ilin 20 yanvar hadisələrindən danışaraq qeyd edib ki, 25 il əvvəl xalqımıza qarşı misli-bərabəri olmayan terror aktı həyata keçirilib, günahsız insanların qanı tökülüb. O vaxtlar qürbətdə yaşayan Ümummilli lider Heydər Əliyev ilk olaraq mərkəzin bu işğalçı hərəkətini pisləyib və cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib. Ulu Öndər 20 yanvar faciəsinin Azərbaycan tarixində mühüm hadisə olduğunu qeyd etməklə yanaşı, həmçinin bu hadisələri xalqımızın milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsi kimi də qiymətləndirib.

    Sonra Azərbaycan Televiziya və Radiosu Niyazi adına Dövlət Simfonik Orkestrinin (dirijor Əməkdar İncəsənət xadimi Nazim Hacıəlibəyov), Cahangir Cahangirov adına xorun (bədii rəhbər və baş dirijor Şəhla Ələkbərova) və solistlər Ramil Qasımov, Aytac Şıxəlizadə, Bəyimxanım Vəliyevanın ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri səslənib, məşhur tarzən, xalq artisti, dövlət mükafatı laureatı Ramiz Quliyev tarda "Qanlı yanvar lövhələri", Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının xoreoqrafiya qrupu isə "Azadlığa gedən yollar" kompozisiyalarını təqdim ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi