Yuxarı
    Bağlamaq

    Müdafiə naziri: "Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə işbirliyi xüsusi yer tutur"

    İsmət Yılmaz: Azərbaycan Qafqazda ​Türkiyənin təbii müttəfiqidir

    Bakı. 27 iyun. REPORT.AZ/ "Ortaq dil, din, qədim tarix və mədəni dəyərlərə sahib olan əlaqələrimiz, qarşılıqlı münasibətlər və sarsılmaz iradə əsasında inkişaf etməkdədir".

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Ankarada, Azərbycanın səfirliyində Silahlı Qüvvələr Günü ilə bağlı keçirilən təbdirdə Türkiyənin müdafiə naziri İsmət Yılmaz bildirib.

    Nazir qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə ilə ən yaxın və səmimi münasibət quran dövlətlərdəndir: "Dost və qardaş Azərbaycan Qafqazda Türkiyənin təbii müttəfiqidir. Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə işbirliyi xüsusi yer tutur. Bu əlaqələrimiz sadəcə Silahlı Qüvvələrin inkişaf etməsi deyil, həm də bölgədə sülhün, sabitliyin etibarlılığın yaranması və qorunması baxımından böyük əhəmiyyət daşımaqdadır".

    Tədbirə Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin ikinci müavini general Yaşar Gülər, Hərbi Hava Qüvvələri komandanı general Akın Öztürk, habelə başqa ölkələrin Ankaradakı diplomatları da qatılıblar.

    Ziyafətin sonunda Azərbaycan xalq rəqsləri dərnəyi konsert proqramı ilə çıxış edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi