Azərbaycanın müdafiə naziri Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisini qəbul edib

Azərbaycanın müdafiə naziri Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisini qəbul edib Görüşdə ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin əhəmiyyəti müzakirə olunub
Hərbi
11 Aprel , 2015 13:25
Azərbaycanın müdafiə naziri Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisini qəbul edib

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Mehmet Daysalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  

Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi müzakirə edilib.

Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycanda hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler iştirak edib.

Son xəbərlər

Orphus sistemi