Yuxarı

Müdafiə naziri təlimə cəlb olunan hərbi hissələrin və hərbi texnikanın döyüş qabiliyyətini yoxlayıb

Müdafiə naziri təlimə cəlb olunan hərbi hissələrin və hərbi texnikanın döyüş qabiliyyətini yoxlayıb
© mod.gov.az

Bakı. 19 sentyabr. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən hərbi hissələrin şəxsi heyətinin, doyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini yoxlayıb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, genişmiqyaslı təlimlərin planına əsasən, müharibə şəraitinə uyğun yaradılmış komanda idarəetmə məntəqələri və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən müdafiə naziri şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.

Təlimlər davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi