Müdafiə naziri: "Sərəncamımızda Ermənistandakı “İskəndər” raketlərini vura biləcək sistemlər var"

Müdafiə naziri: "Sərəncamımızda Ermənistandakı “İskəndər” raketlərini vura biləcək sistemlər var" "Hərbçi kimi biz hər zaman ən pis variantı nəzərdən keçiririk və ona hazırıq"
Hərbi
13 İyul , 2017 20:15
Müdafiə naziri: Sərəncamımızda Ermənistandakı “İskəndər” raketlərini vura biləcək sistemlər var

Bakı. 13 iyul. REPORT.AZ/ "Ermənistandakı “İskəndər” raketlərini vura biləcək sistemlərimiz var."

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov RİA "Novosti”yə müsahibəsində bildirib.

General-polkovnik Zakir Həsənov deyib: “Müdafiə naziri olaraq bildirirəm ki, sərəncamımızda həmin raketləri vura biləcək sistemlər var. Bizdə olan raketlər sayca düşmən raketlərindən 50 dəfə çoxdur. Dediyim sözlərə görə tam məsuliyyət daşıyıram. Əgər onlar bu raketləri tətbiq etmək fikrinə düşsələr, Ermənistanın infrastrukturuna və hərbi obyektlərinə endiriləcək cavab zərbəsinin necə olacağını təsəvvür edin! Bəli, “İskəndər” yaxşı raketdir. Lakin bir sıra suallar ortaya çıxır. Bu, o raketlərin hansı növüdür, texniki vəziyyəti necədir, həmin raketləri kim idarə edir və nəhayət ən əsası onu tətbiq etmək iqtidarında olacaqlarmı?

Hərbçi kimi biz hər zaman ən pis variantı nəzərdən keçiririk və ona hazırıq. Düzdür, sizə haqqında yuxarıda bəhs etdiyim raketləri Rusiyadan almasaq da, onlar keyfiyyətcə geri qalmır. Sizə deyim ki, biz artıq vəziyyəti modelləşdirmişik və döyüş atışları da keçirmişik. Nəticə əladır! Bu gün biz əminliklə deyə bilərik ki, yaşayış məntəqələrimizi və hərbi obyektlərimizi raket hücumundan qoruya bilərik”.

Son xəbərlər

Orphus sistemi