Yuxarı
    Bağlamaq

    Müdafiə naziri Əfqanıstandakı Azərbaycan sülhməramlılarının iki zabitini mükafatlandırıb - FOTO

    Onların peşəkarlığını NATO-nun Əfqanıstandakı Türk Silahlı Qüvvələri komandanlığı da yüksək qiymətləndirib

    Bakı. 7 yanvar. REPORT.AZ/ NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin tərkibində xidmət keçən iki zabit müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən mükafatlandırılıb.

    Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

    Məlumata görə, tibb xidməti kapitanı Abdullayev Şükür Rüstəm oğlu və tibb xidməti kapitanı Əkbərov Gündüz Famil oğlu 2015-ci il dekabrın 11-də İspaniya Krallığının Əfqanıstandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı xəsarət alan insanlara ixtisaslı tibbi yardımın göstərilməsində peşəkarlıq nümayiş etdiriblər.

    İnsan tələfatı ilə nəticələnən terror aktı nəticəsində yaralıların bir qismi Azərbaycan zabitlərinin xidmət etdiyi tibb məntəqəsinə təxliyə edilib. Hərbi həkimlər ağır yaralılara operativ tibbi yardım göstərməklə yanaşı uğurlu cərrahi əməliyyat edərək əfqan vətəndaşının həyatını xilas etməyə nail olublar.

    Azərbaycanlı hərbi qulluqçular çətin və ağır vəziyyətdə göstərdikləri peşəkarlıq NATO-nun Əfqanıstandakı Türk Silahlı Qüvvələri komandanlığı tərəfindən də yüksək qiymətləndirilib. Hər iki zabitimizə Türk Tapşırıq Qüvvələri Komandanı diviziya generalı Cahit Bakırın imzası ilə də təşəkkür məktubu təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi