Yuxarı

MDB ölkələrinin müdafiə nazirləri 2018-ci il üçün birgə təlimlər planını təsdiqləyib

MDB ölkələrinin müdafiə nazirləri 2018-ci il üçün birgə təlimlər planını təsdiqləyib
Nazirlər Şurası MDB Hava Hücumundan Müdafiə sisteminin maliyyələşdirilməsi məsələsini də təsdiq edib

Bakı. 26 may. REPORT.AZ/ MDB Müdafiə Nazirləri Şurasının Moskvada keçirilən iclasında gələn il üçün Silahlı Qüvvələrin birgə tədbirlər planı təsdiqlənib. 

"Report" TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

Bildirilib ki, Nazirlər Şurası MDB-yə üzv ölkələrin Silahlı Qüvvələrinin 2018-ci il üçün birgə tədbirlər planını qəbul edib. Plana birgə fəaliyyətin komanda-qərargah məşqləri, təlim-metodik toplanışlar, sahənin öyrənilməsi və hərbi-peşəkar ustalıq üzrə yarışma, təhsil olimpiadaları və s. kimi müxtəlif formaları daxildir.

Həmçinin, Nazirlər Şurası MDB Hava Hücumundan Müdafiə (HHM) sisteminin maliyyələşdirilməsi məsələsini təsdiq edib və Silahlı Qüvvələr üçün hərbi məqsədli vahid coğrafi-informasiya sisteminin konsepsiyasının həyata keçirilməsinin gedişatı ilə tanış olub.

Qeyd edək ki, iclasda Azərbaycan adından müdafiə naziri, general-polkovnik Zakir Həsənov iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi