Ötən ay Azərbaycanda 2 mina hadisəsi qeydə alınıb

Ötən ay Azərbaycanda 2 mina hadisəsi qeydə alınıb İndiyədək cəmi 309,423,464 kvadrat metr ərazi təmizlənib
Hərbi
10 Noyabr , 2015 12:49
Ötən ay Azərbaycanda 2 mina hadisəsi qeydə alınıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 3,657,657 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 83 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib. Bu barədə “Report”a ANAMA-nın mətbuat xidmətindən məlumat verilib. 

Əməliyyatlarda 488 nəfər minaaxtaran mütəxəssis və 112 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 309,423,464 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,777-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Göygöl, Xocavənd, Lənkəran, Qazax, Abşeron və Tərtər rayonlarında davam etdirilir.

2015-ci ilin oktyabr ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi