Yuxarı

İranın müdafiə naziri Azərbaycana gəlib

Səfər zamanı ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq

Bakı. 20 aprel. REPORT.AZ/ İranın müdafiə naziri Hüseyn Dehqani Azərbaycana gəlib.

İranın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, ikigünlük səfər çərçivəsində müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə naziri Zakir Həsənov və digər rəsmi şəxslərlə görüşməyi planlaşdırır.  

Görüşlər zamanı əsas müzakirə mövzuları hərbi sahədə əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi