Yuxarı

“İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

İştirakçılara mövcud problemlər, onların həlli yolları mövzularında məruzələr və brifinqlər təqdim olunub

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyinin, qoşun növləri və qisimlərinin, hərbi hissələr və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib.

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən bildirilib.

İştirakçılara Silahlı Qüvvələrdə informasiya təhlükəsizliyi və kiber təhlükəsizlik, müasir dövrdə informasiya texnologiyalarının üstünlükləri, mövcud problemlər, onların həlli yolları mövzularında məruzələr və brifinqlər təqdim olunub.

Konfrans iştirakçıları profilaktiki və qabaqlayıcı tədbirlər, müasir döyüşlər, eləcə də hərbi dəniz və hərbi hava qüvvələri əməliyyatlarının idarə edilməsi zamanı informasiya təhlükəsizliyi və digər mövzularda ətraflı fikir mübadiləsi aparıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi