Yuxarı

İlham Əliyev: "Azərbaycan bu il yeni silahlar alacaq"

İlham Əliyev: "Azərbaycan bu il yeni silahlar alacaq"
Dövlət başçısı deyib ki, Azərbaycan hərbi gücünün artırılması istiqamətində tədbirləri davam etdirəcək

Bakı. 10 yanvar. REPORT.AZ/ "Azərbaycan 2018-ci ildə yeni silahlar alacaq".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. 

Azərbaycanın hərbi gücünün artdığını, beynəlxalq reytinqə görə ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu deyən Prezident növbəti illərdə bu sahədə tədbirlərin görüləcəyini, yeni silahların alınacağını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi